Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Mütalif Abbasov saxlanılıb. Onun Bərdə rayonunun Qaradəmirçi kəndində yaşadığı ünvana baxış keçirilən zaman "Mauser” markalı tapança və 35 ədəd patron aşkar edilərək götürülüb.