Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək - RƏSMİ 

Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək - RƏSMİ 

Hazırda oxunan: Qubadlı, Kəlbəcər, Ağdam və Füzuli hərbi prokurorluqları bina ilə təmin ediləcək - RƏSMİ 

17860

Baş nazir Əli Əsədov “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 aprel tarixli 2560 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.

Bizim.Media məlumatına görə, sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Baş Prokurorluq, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Qubadlı Hərbi Prokurorluğunun, Kəlbəcər Hərbi Prokurorluğunun və Ağdam Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumların müvafiq olaraq Qubadlı, Kəlbəcər və Ağdam şəhərlərində bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə, həmçinin Füzuli Hərbi Prokurorluğunun Füzuli şəhərində fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Əsədovdan QƏRAR - tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı


Azərbaycan Respublikasının Baş Prokurorluğu Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Qubadlı Hərbi Prokurorluğunun və Kəlbəcər Hərbi Prokurorluğunun yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddinin artırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO