Narkotikin təsiri altında maşın sürdü, polis SAXLADI

Narkotikin təsiri altında maşın sürdü, polis SAXLADI

Hazırda oxunan: Narkotikin təsiri altında maşın sürdü, polis SAXLADI

178497

Şamaxıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü barəsində tədbir görülüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub. 

Bildirilib ki, “VAZ-2106” markalı avtomobilin sürücüsü, paytaxt sakini İlham Ağamirov yol polisi əməkdaşı tərəfindən nəzarət qaydasında saxlanılıb.

Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib.
İ.Ağamirov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində 600 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO