Dini Komitəyə müvəqqəti sədr təyin olunan Səyyad Salahlının DOSYESİ 

Dini Komitəyə müvəqqəti sədr təyin olunan Səyyad Salahlının DOSYESİ 

Hazırda oxunan: Dini Komitəyə müvəqqəti sədr təyin olunan Səyyad Salahlının DOSYESİ 

178479

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bizim.Media Səyyad Salahlının dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Mübariz Qurbanlı vəzifəsindən GETDİ 


Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində dünyaya gəlib.

Səyyad Adil oğlu Salahlı 1958–1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə oxuyub.

1968-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub və 1972-ci ildə həmin fakültəni bitirib. İkinci ali təhsilini Bakı Dövlət Universitetində alıb və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib.

O, 1972–1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 2 yanvar 1991-ci ildə İmişlidən Bakıya gəlir, əvvəlcə "Elm" qəzetində işləyib, orada şöbə müdiri olub. 1992–1995-ci illərdə isə "Səs" qəzetinin baş redaktorunun birinci müavini olub. 

2001-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin dekanı işləyib.

2011–2012-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə işləyib. 

Səyyad Salahlı Azərbaycan ictimai-siyasi xadimidir, filologiya elmləri namizədidir (2005).

Bundan əlavə, o, Yeni Azərbaycan Partiyasının qurucularından biri, yazıçı-publisist, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi olub. 1995-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən) olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO