Bakıda “Maybach” sürücüsü “saxla” əmrinə məhəl qoymadı, polisə müqavimət göstərdi - FOTO

Bakıda “Maybach” sürücüsü “saxla” əmrinə məhəl qoymadı, polisə müqavimət göstərdi - FOTO

Hazırda oxunan: Bakıda “Maybach” sürücüsü “saxla” əmrinə məhəl qoymadı, polisə müqavimət göstərdi - FOTO

178224

Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində, bahalı avtomobilin sürücüsü maşının şüşələrinə plyonka vurduğu üçün saxlanılıb.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, “Mercedes Maybach” markalı, 10-RF-010 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, “Mercedes” markalı 10-RF-010 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkdiyi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
“O, “saxla” əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq cərimə meydançasına yerləşdirilib. Məsələ ilə bağlı ətraflı məlumat veriləcək. Sürücünün şəxsiyyəti araşdırılır”, - deyə qurum rəsmisi qeyd edib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO