Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Hazırda oxunan: Sabahın hava PROQNOZU

17815

Aprelin 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 18-21, Bakıda gecə 10-12, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 8-12, gündüz  20-25, dağlarda gecə 0-5, bəzi yerlərdə 8-10, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz: 

Aprelin 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO