Bu gün əksər informasiya agentliklərində Bakıda baş vermiş ailə faciəsi, o cümlədən vəfat edən ailə başçısının ADY-nin İnfrastruktur departamentinin keçmiş rəhbəri Mehman Əhmədov olduğu haqqında məlumatlar yerləşdirilib.
Bizim.Media xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) mətbuat xidmətinin məlumatına görə, yayılan məlumat həqiqəti əks etdirmir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda DƏHŞƏT: 25 yaşlı oğlan ata-anasını və qardaşını qətlə yetirdi
“ADY-nin İnfrastruktur departamentinin keçmiş rəhbəri sağdır, ailəsi ilə birgə bugünkü həqiqəti əks etdirməyən paylaşımlardan dərin narahatlıq keçiriblər. Keçmiş əməkdaşımızla bağlı sözügedən xəbərlər kollektivimiz arasında da məyusluq yaradıb”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media