Evdə köməksiz qalan uşağı FHN əməkdaşları belə xilas etdi - ANBAAN VİDEO

Evdə köməksiz qalan uşağı FHN əməkdaşları belə xilas etdi - ANBAAN VİDEO

Hazırda oxunan: Evdə köməksiz qalan uşağı FHN əməkdaşları belə xilas etdi - ANBAAN VİDEO

17800

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 6 nəfər xilas edilib, mənzildə 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, 9 aprel 2021-ci il tarixində Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində batmış 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO