Ötən gün Xaçmaz rayonunun Ağaverdioba kəndi ərazisindəki süni göldə meyiti tapılan 23 yaşlı Fərid Rövşən oğlu Əliyev Vətən müharibəsi iştirakçısı olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Ağaverdioba kənd sakini Fərid Əliyevin meyiti kəndin ərazisində yerləşən və rayonun Nərəcan kənd sakini, 44 yaşlı Aqil Babayevə məxsus olan 2,5 ha olan bağ sahəsinin suvarılması üçün nəzərdə tutulan süni sututarında tapılıb.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda göldə batan şəxsin meyiti TAPILIB
Xaçmaz rayon prokurorluğu Vətən müharibəsi iştirakçısının ölüm səbəbini araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu