Xaçmaz rayon mərkəzi xəstəxanasının baş həkimi Lətif Abasovun qəfil vəfat etməsi həmkarlarını, onu tanıyanları, müalicə etdiyi xəstələri çox sarsıdıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iş yoldaşları onunla bağlı etdiyi paylaşımlarda ən kritik anlarda Lətif həkimin zarafatından rahatlıq tapdıqlarını bildiriblər.
Xaçmaz rayon mərkəzi xəstəxanasının terapiya şöbəsinin müdiri Könül Məmmədova paylaşımında "Allah rəhmət eləsin. Heç vaxt zarafatlarından qalmırdın.Ən ağır iş günü olsa da sizi görəndə üzümüz gülürdü. Hər zaman xatirələrimizdə belə qalacaqsan, doktor Abasov" sözlərini yazıb.
Qeyd edək ki, 59 yaşlı Lətif Abasov bu gün səhər yaşadığı evdə ürək çatışmazlığından vəfat edib. Mərhum həmin vaxt evdə tək olub.
Lətif həkimin ötən ilin sentyabrında ad günü zamanı çəkilən görüntülərini təqdim edirik:
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.