“Yaşıl Marafon” çərçivəsində Cəbrayıl və Qubadlı rayonlarında ağacəkmə aksiyası keçirilib - FOTO

“Yaşıl Marafon” çərçivəsində Cəbrayıl və Qubadlı rayonlarında ağacəkmə aksiyası keçirilib - FOTO

Hazırda oxunan: “Yaşıl Marafon” çərçivəsində Cəbrayıl və Qubadlı rayonlarında ağacəkmə aksiyası keçirilib - FOTO

17768

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Cəbrayıl və Qubadlı rayonlarına növbəti ağacəkmə aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, ərazidə 750-ə yaxın ağac əkilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, bu ərazilər 30 il ərzində bizim üçün əlçatmaz olub:
 

MÖVZU İLƏ BAĞLI:

“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi - FOTO


“Amma qəlbimiz həmişə bu torpaqlarla döyünüb. Bir həftə əvvəl Zəngilana səfər etmişdik. Bu dəfə Cəbrayıl  və Qubadlıya səfər etdik. Məqsədimiz ondan ibarətdir ki, bu barbarların, vəhşilərin törətdikləri ekoloji terroru sizlər öz gözlərinizlə görəsiniz və dünyaya çatdırasınız”.

Nazir müavini qeyd edib ki, ağac əkilən ərazidə 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub:

“Bu diyar ölkəmizdə ipəkçiliyin, baramaçılığın inkişafı ilə bağlı münbit zəmin olan diyardır. İl ərzində burada 100 tona yaxın barama istehsal olunurdu. Burada Şərq çinarı, palıd, tut ağacı əkildi”.

F. Əliyev ermənilərin törətdikləri vandalıqla bağlı beynəlxalq qurumlara səslənib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən layihənin məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu faydalı təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Ağacəkmə kampaniyasından sonra mediatur başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO