Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Qiymət müəyyənləşdi

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Qiymət müəyyənləşdi

Hazırda oxunan: Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Qiymət müəyyənləşdi

177581

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər aşağıdakılardır:

1. Ümumvətəndaş pasportu;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4. Sağlamlıq haqqında arayış.

Qeyd edilib ki, sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO