Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidməti fevralın 10-da Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi ilə bağlı məlumat yayıb.
Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, arıçılıq təsərrüfatı ilə məşğul olan 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb.
Zərərçəkən şəxsin sağ əlinin 3 barmağı amputasiya olunub.
ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, tanımadıqları əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:30 / 10.02.2024
Yerdən tapdığı qumbaranı əlinə aldı, barmaqlarını İTİRDİ – Xocavənddəki partlayışın TƏFƏRRÜATI
Hazırda oxunan: Yerdən tapdığı qumbaranı əlinə aldı, barmaqlarını İTİRDİ – Xocavənddəki partlayışın TƏFƏRRÜATI
Hazırda oxunan: Yerdən tapdığı qumbaranı əlinə aldı, barmaqlarını İTİRDİ – Xocavənddəki partlayışın TƏFƏRRÜATI
177538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.