Zaqatalada şagirdləri maşınla vuraraq öldürən şəxsin FOTOSU 

Zaqatalada şagirdləri maşınla vuraraq öldürən şəxsin FOTOSU 

Hazırda oxunan: Zaqatalada şagirdləri maşınla vuraraq öldürən şəxsin FOTOSU 

177389

Xəbər verdiyimiz kimi, dünən Zaqatala rayonu Göyəm kəndində “Mercedes” markalı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. 

Göyəm kənd orta məktəbinin şagirdləri olan məktəblilərdən Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov qəzanın baş verdiyi yerdə ölüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Qəzada ölənlər 5-ci sinif şagirdləridir - ADLAR


İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olub. 

Sürücülük hüququ olmadan avtomobil idarə edən Emin İbrahimov isə törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. 

Göyəm kəndinin icra nümayəndəsi Cuma Qurbanov bildirib ki, şagirdləri vuran şəxs "qatil Emin" ləqəbi ilə tanınır. 

"Deyəsən, əvvəllər cinayət törədib, həbs yatıb, ona görə belə adlandırılır. O, kənd sakini deyil, Zaqatala şəhərinin Qaqarin küçəsindəndir". 

Bizim.Media AzVision.az-a istinadən şagirdləri vuran sürücünün fotosunu təqdim edir: 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO