Şahbuzda qızların sayı çoxalıb - Azərbaycanın ən gənc bölgələrinin STATİSTİKASI

Şahbuzda qızların sayı çoxalıb - Azərbaycanın ən gənc bölgələrinin STATİSTİKASI

Hazırda oxunan: Şahbuzda qızların sayı çoxalıb - Azərbaycanın ən gənc bölgələrinin STATİSTİKASI

17714

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanın ən gənc bölgələrinin adlarını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda o, “Facebook” hesabında yazıb.

Ekspertin sözlərinə görə, Azərbaycan üzrə 14-29 yaşlı gənclərin ümumi əhalidə payı 23.7% təşkil edir: 

“Ən gənc bölgələr Yardımlı, Xocavənd və Xocalıdır - hər 3 bölgə üzrə 14-29 yaş qrupunun payı 29% ətrafındadır.

Ən aşağı göstərici Bakı (20.4%), Mingəçevir (21,3%), Sumqayıt (21.5%) və Naftalan (21.6%) şəhərlərində qeydə alınıb.

14-29 yaşlı gənclərdə qızların payının ən yüksək olduğu bölgə Şahbuzdur ki, bu 54.1% təşkil edir. 45.2% göstərici ilə qızların payının ən aşağı olduğu bölgə isə Naftalan şəhəridir”.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO