Qışqırığı göyə qalxan qazimizə kömək olacaqmı? - Anasından İMDAD - VİDEO

Qışqırığı göyə qalxan qazimizə kömək olacaqmı? - Anasından İMDAD - VİDEO

Hazırda oxunan: Qışqırığı göyə qalxan qazimizə kömək olacaqmı? - Anasından İMDAD - VİDEO

17711

“Gün ərzində bir neçə dəfə özündən ixtiyarsız qıcolma, ağrı və qışqırıqları başlayır. Özünü ora-bura çırpan oğlumun ayaq və əl barmaqları da qırıq-qırıqdır. Tez-tez gipsə qoyulur. Yenə təkrarlanır. Vətən yolunda sağlamlığını itirmiş oğlumun acınacaqlı durumunu görmək isə bir başqa əzabdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günü qəhrəmanlığı ilə tarixə yazan qazi Şahmar Şaban oğlu Tarverdiyevin anası sosial şəbəkələrdə yayılan videoda deyib. 

Ananın bildirdiyinə görə, Şahmarın döyüşlər zamanı yanında partlayan partlayıcı nəticəsində qulağından və burnundan qan gəlib. Elə həmin gündən indiyədək də ciddi travmalarla yaşayır.

Oğlunun özündə olmadan qışqırdığını və xətər yetirdiyini dilə gətirən ana Şahmarda 4 aydır dayanmadan “pristupları”n olduğunu deyib:

“Ayaqları qap-qara qanqrena verib. Ağrı və qışqırıqları ən çox gecələr başlayır. Həkimlər də bir söz demir. Sadəcə sakitləşdirici vururlar. Evə bir adam gələn kimi dişlərini qıcıyıb qışqırır. Döyüşdəki dostlarının adlarını çəkib “bizi əsir tutublar, qoymayın ermənilər gəlir” deyir. Müharibədə nə yaşanıbsa onları danışır...”.

Bizim.Media məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət edib.

Qurumun mətbuat katibi Elnur Niftəliyev deyib ki, qazinin vəziyyəti ilə bağlı görüntüləri YAŞAT Fonduna yönləndirəcək:

“Biz tərəfdən kömək olsa, məlumat veriləcək”.  

Müdafiə Nazirliyindən isə hələki cavab ala bilməmişik. 

Qeyd edək ki, sosial şəbəkələrdə Ağdaş rayonunun Ovculu kənd sakini, ermənilərə qan udduran Vətən müharibəsi qazisi Tarverdiyev Şahmar Şaban oğlunun kadrları yayılıb.

Kadrlarda qazinin özündə olmadığı və dayanmadan qışqırdığı görünür. Kadrları yayan şəxs onun müharibə zamanı aldığı travmalar nəticəsində bu hala düşdüyünü və köməyə ehtiyacı olduğunu bildirib. 

Alçina Amilqızı, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO