“Namizədlərin seçilməsi və bülletenlərin doldurulması prosesi tam şəffaf şəkildə keçirilib”.
Bizim.Media xəbər verir ki, bunu GUAM PA-nın baş katibi Altay Əfəndiyev növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrinə dair keçirilən brifinqdə bildirib.
“Biz bu gün keçirilən seçkilərlə bağlı bəyanatla çıxış etmək istəyirik. Seçkilər milli qanunvericilik əsasında təşkil edilərək keçirildi.
Seçicilərlə bağlı müşahidələrimizə gəldikdə deyə bilərik ki, seçicilər tam azad və sərbəst şəkildə səsvermədə aktivlik göstərdi. Ümumilikdə, bizim qrupumuz tərəfindən hər hansı qanun pozuntusu və şikayətlər qeydə alınmayıb. Beləliklə, seçicilərə tam məlumatlar verilib və onlar öz hüquqlarından bəhrələnə biliblər.
Namizədlərin seçilməsi və bülletenlərin doldurulması prosesi tam şəffaf şəkildə keçirilib. Seçicilərin hər hansı namizədə səsini verməsi təzyiqə malik qalmamaq şəraitində həyata keçirilib. Beləliklə, seçkilər rəqabətə davamlı şəkildə, ədalətli formada keçirildi” - deyə baş katib bildirib.
Nuranə Daxilqızı, Bizim Media
![Altay Əfəndiyev: Altay Əfəndiyev:](https://bizim.media/file/articles/2024/02/07/1707325837_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
21:06 / 07.02.2024
Altay Əfəndiyev: "Bülletenlərin doldurulması prosesi şəffaf keçirilib”
Hazırda oxunan: Altay Əfəndiyev: "Bülletenlərin doldurulması prosesi şəffaf keçirilib”
Hazırda oxunan: Altay Əfəndiyev: "Bülletenlərin doldurulması prosesi şəffaf keçirilib”
177086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.