Bu gün ad gününü qeyd edən gənc ilk dəfə səsverməyə qatıldı – FOTO  

Bu gün ad gününü qeyd edən gənc ilk dəfə səsverməyə qatıldı – FOTO  

Hazırda oxunan: Bu gün ad gününü qeyd edən gənc ilk dəfə səsverməyə qatıldı – FOTO  

177035

Şəki şəhər sakini Məhəmməd Rəcəbovun bu gün doğum günüdür. O, növbədənkənar prezident seçkiləri günündə həm də ilk dəfə səs verir. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna 115 saylı Şəki kənd seçki dairəsindən məlumat verilib. 

Belə ki, Məhəmməd Rəcəbov 58 saylı seçki məntəqəsinə gələrkən həyatında bir ilk olan hadisəni reallaşdırıb.

Məntəqə seçki komissiyasının sədri İlqar Mustafayev gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsini təqdim edib. 
Qeyd edək ki, 58 saylı seçki məntəqəsi üzrə 1024 seçici qeydə alınıb. Onlardan 14-ü ilk dəfə səsvermədə iştirak edir. Ümumiyyətlə, 115 saylı Şəki kənd seçki dairəsi üzrə ilk dəfə səs verən gənclərin sayı 3701 nəfərdir. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO