Kürdəmirdə seçici İZDİHAMI – FOTO/VİDEO 

Kürdəmirdə seçici İZDİHAMI – FOTO/VİDEO 

Hazırda oxunan: Kürdəmirdə seçici İZDİHAMI – FOTO/VİDEO 

176923

Artıq səhər saat 08:00 radələrindən etibarən 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasında seçki prosesinə start verilib və seçki məntəqələri seçicilər üçün açıq elan edilib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, seçki məntəqələrində ilk dəqiqələrdən seçicilərin fəallığı hiss olunur. 

Müşahidə apardığımız 1 və 3 saylı seçki məntəqələrində bunun əyani şahidi olduq. 

Qeyd edək ki, seçki prosesi başlayandan bu saata qədər hər hansı bir neqativ hal qeydə alınmayıb. Seçicilərin rahat və vaxt itirmədən səs vermələri üçün bütün məntəqələr üzrə münbit şərait yaradılıb və seçicilər seçki məntəqələrinə gələrək istədikləri namizədə səs verməklə öz seçici hüquqlarından istifadə edirlər. Hazırda bütün seçki məntəqələri üzrə müşahidələrimiz davam edir. 

Qeyd edək ki, 62 saylı Kürdəmir Dairə Seçki Komissiyasının 52 seçki məntəqəsində gün ərzində 52162 nəfər seçicinin səs verməsi nəzərdə tutulur ki, bunların 27374 nəfərini qadın, 26102 nəfərini isə kişilər təşkil edir.
Rayonda ilk dəfə səs verən seçicilərin sayı 4034 nəfərdir və seçkiləri 814 nəfər yerli, 2 nəfər isə xarici müşahidəçilər izləyir. 
 

















Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO