Şəki-Qax yolunda baş verən ağır qəzada 5 nəfər xəsarət alıb

Şəki-Qax yolunda baş verən ağır qəzada 5 nəfər xəsarət alıb

Hazırda oxunan: Şəki-Qax yolunda baş verən ağır qəzada 5 nəfər xəsarət alıb

176863

Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilkin məlumatlara görə, ötmə qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verib. 

Bizim.Media-nın yerli bürosu Şəki Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki,  "Hyundai" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 

MÖVZU İLƏ  BAĞLI:

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO


Hadisə yerinə Təcili Tibbi yardım briqadası cəlb edilib. Qəzada rayon sakinləri 35 yaşlı Təbriz Hüseynov, 30 yaşlı Cavad Hüseynov, 29 yaşlı Samir İsmayılov, 74 yaşlı Çingiz Səmədov və 34 yaşlı Turqut Abbaszadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlara yerindəcə ilkin tibbi yardım göstərilib.

Daha sonra həmin şəxslər xəstəxanaya gətirilib, müayinələrdən keçirilib, müalicələr təyin edilib.

Xəstəxanadan o da bildirilib ki, 74 yaşlı Çingiz Səmədovun xəsarətləri ağır olduğundan onun müalicəsi xəstəxana şəraitində davam etdirilir. Digər şəxslər isə müalicələrini ambulator şəraitdə davam etdirmək şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO