18 yaşlı Xocalı sakini: ”Fəxr edirəm ki, ilk dəfə iştirak etdiyim seçkilər Qarabağımızda da keçirilir”

18 yaşlı Xocalı sakini: ”Fəxr edirəm ki, ilk dəfə iştirak etdiyim seçkilər Qarabağımızda da keçirilir”

Hazırda oxunan: 18 yaşlı Xocalı sakini: ”Fəxr edirəm ki, ilk dəfə iştirak etdiyim seçkilər Qarabağımızda da keçirilir”

176835

18 yaşım təzəlikcə tamam olub və fevralın 7-də seçkilərdə ilk dəfə səs verəcəyəm. Səsvermə hüququmdan istifadə etmək arzum reallaşdığı üçün çox həyəcanlıyam. Odur ki, bu seçkilər mənim yaddaşıma həmişəlik həkk olunacaq. 

Bizim.Media xəbər verir ki, bu sözləri secki-2024.az-a açıqlamasında Xocalı rayon sakini, Mingəçevir Tibb Kollecinin 1-ci kurs tələbəsi Səbuhi Hümbətov deyib. 

O, həmçinin 7 fevral – Azərbaycan Respublikası Prezidenti seçkilərinin müstəqil Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi baxımından da bir ilk olduğunun sevincini yaşadığını vurğulayıb: 

“Mən ata-babamın doğam yurdu olan Xocalıdan uzaqda dünyaya gəlmişəm. Ancaq həmişə ən böyük arzum nə vaxtsa o torpaqlarımızın erməni işğalından azad edilməsi, bizim ora qayıtmağımız olub. Həm də buna görə fəxr edirəm ki, 7 fevral – Prezident seçkiləri Azərbaycanın hər yerində olduğu kimi, Qarabağımızda da, mənim doğma Xocalı rayonumda da keçirilir. Mən bütün gəncləri bir nəfər kimi bu tarixi Zəfər seçkilərində iştirak etməyə səsləyirəm”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO