Sərnişinlər ən çox bu nəqliyyat növündən istifadə ediblər

Sərnişinlər ən çox bu nəqliyyat növündən istifadə ediblər

Hazırda oxunan: Sərnişinlər ən çox bu nəqliyyat növündən istifadə ediblər

176596
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyatçılar 225,1 milyon sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsindən Sfera.az-a verilən məlumata görə, sərnişinlərin 86,6 faizi avtomobil nəqliyyatı, 13,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 17,5 milyon ton yük, 194,9 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,8 faiz və 20,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,1 faizi avtobus, 4,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 21,4 faiz artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO