BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr

176568

1991-ci ilin bu gününə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılıb. Digər bir qərarla isə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağına Azərbaycan Respublikasının dövlət bayrağı statusu verilib. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.

Bəs, fevralın 5-də dünyada daha nələr olub?

1.  1783-cü ilin 5 fevral günü Appenin yarımdasının cənubundakı Kalabriya vilayətində 2 ay davam edən misli görünməmiş zəlzələ baş verib. Bir-birinin ardınca minədək yeraltı təkan Rebo-di-Kalabriya şəhərini xarabalığa çevirib, 180 yaşayış məntəqəsində böyük dağıntılar törədib. Zəlzələdə 60 min adam həlak olub. Bundan sonra başlanan epidemiya isə daha 10 min insanın həyatına son qoyub.  

2.  1869-cu ilin 5 fevral günü Avstraliyanın Viktoriya ştatında yerin bir neçə santimetr altından 78 kiloqram ağırlığında, 91 faiz saf qızıldan ibarət, "Xoş gəldin, əcnəbi" adı verilən dünyanın ən böyük qızıl külçəsi tapılıb.

3.  1937-ci ilin 5 fevral günü Türkiyə Konstitusiyasının 2-ci Maddəsinə edilən dəyişikliklə əlaqədar 6 prinsip konstitusiya mətninə daxil edilib. Bu dəyişikliyə görə, Türkiyə cümhuriyyət, millət, xalq, dövlət, dünyəvilik və inqilabçılıq əsaslarını daşıyır, rəsmi dili türk, paytaxtı Ankara şəhəridir.  

4.  1962-ci ilin bu gününə Fransa keçmiş müstəmləkəsi olan Əlcəzairin müstəqilliyini tanıyıb. Əlcəzair xalqı 6 illik müstəqillik müharibəsindən sonra buna nail olub. Prezident Şarl de Qollun qərarı Fransanın əksər qüvvələrində ciddi etiraz doğurub, onun istefası ilə bağlı aksiyalar başlanıb.
5.  1971-ci ilin 5 fevralında “Apollo 14” Ay peykinin səthinə enib.

6.  1975-ci ilin 5 fevralında ABŞ Konqresinin 11 dekabr 1974-cü ildə verdiyi “Türkiyəyə silah qadağası qərarı” tətbiq olunmağa başlanıb. Qərarın səbəbi Türkiyənin 1974-cü ilin iyul və avqust aylarında Kiprə hərbi müdaxiləsi idi.

7. 1991-ci ilin 5 fevralında Azərbaycan Ali Sovetinin sessiyasında üçrəngli dövlət bayrağı təsdiq edildi.

8. 1994-cü ilin 5 fevralında Bosniya müharibəsi zamanı Markale bazarında bomba partladı, 68 nəfər öldü, 144 nəfərsə yaralandı. 

5 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1.  1870-ci ilin 5 fevralında Cənubi Azərbaycanda məhşur xanəndə Əbülhəsən anadan olubYüksək tembrli, məlahətli səsə malik xanəndə “Şur”, “Çahargah”, “Mahur” və “Segah” muğamlarını yüksək sənətkarlıqla ifa edib (1870-1971).

2.  1912-ci ilin 5 fevralında Azərbaycan teatr və kinosunun parlaq sənətkarı Münəvvər Kələntərli anadan olub. 1933-cü ildən səhnə fəaliyyətinə başlayan, əvvəlcə opera, sonlalar isə musiqili komediyalarında çıxış edən aktrisa tamaşaçıların yaddaşında daha çox “Arşın mal alan”, “Bəxtiyar”, “Görüş” və “Qızmar günəş altında” filmlərilə qalıb. (1912-1963)      

3.  1918-ci ilin 5 fevralında dahi Azərbaycan bəstəkarı Qara Qarayev anadan olub. Konservatoriyada Azərbaycan musiqi məktəbinin banisi Üzeyir Hacıbəyovdan dərs almış Q.Qarayev daha sonra (1941) təhsilini Moskva Dövlət Konservatoriyasında böyük rus bəstəkarı Dmitri Şostakoviçin sinfində davam etdirib. Bəstəkarın “7 gözəl”, “İldırımlı yollarla” baletləri, “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürü və başqa əsərləri dünya musiq xəzinəsinin nadir incilərindəndir. Qara Qarayev həm də Azərbaycan Dövlət Konservatoriyasında 70-ə yaxın peşəkar bəstəkar yetişdirib. (1918-1982)

4.  5 fevral 1923-cü ildə Əməkdar artist, tarzən Baba Salahov (1923 – 12.8.1981) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun “Araz” Xalq çalğı alətləri ansamblı sənətkarın adını daşıyır.

5.  5 fevral 1942-ci idə teatr xadimi Ağakərim Şərifov (1895-1942) vəfat edib. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradıcısı və direktoru olub. Bakı Teatr Məktəbində dərs deyib, milli teatr tarixinə dair kitabın müəllifidir.

6.  5 fevral 1948-ci ildə şair, dramaturq Mərkəz Qacar (1948-2013)  doğulub. İxtisasca hüquqşünas olub. Təmsil, rübai, poema, dram əsərlərinin müəllifidir.

7.  5 fevral 1963 -ci ildə Əməkdar artist, Dövlət mükafatı laureatı Münəvvər Kələntərli (1912-1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb. “Arşın mal alan” (1945), “Bəxtiyar”, “Görüş”, “O olmasın, bu olsun” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO