30 ildən sonra Ağdam şəhərində seçkilər necə təşkil edilib? - FOTO

30 ildən sonra Ağdam şəhərində seçkilər necə təşkil edilib? - FOTO

Hazırda oxunan: 30 ildən sonra Ağdam şəhərində seçkilər necə təşkil edilib? - FOTO

176530

Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezidenti seçkiləri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı seçki dairəsinin üç məntəqəsində keçiriləcək. 57 saylı məntəqə Ağdam Konfrans Mərkəzində, 58 saylı məntəqə “AzərEnerji” ASC-nin binasında, 59 saylı məntəqə isə Kəngərli kəndində təşkil edilib.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı 57 saylı məntəqə seçki komissiyasının sədri Arzu Rəhimova Azərtac-a danışıb.

Onun sözlərinə görə, məntəqədə səsverməyə hazırlıq prosesi tam başa çatıb:

“57 saylı məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb. Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz səslərini sərbəst şəkildə vermələri üçün kabinələr qoyulub. Seçki məntəqəsində katib və üzvlər, habelə müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Hər bir seçiciyə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlər paylanıb.

Biz çox qürurluyuq ki, torpaqlarımız işğaldan azad edilib və bu ərazilərdə 30 ildən sonra ilk dəfə seçkilər keçiriləcək. Bu, Azərbaycan üçün, xalqımız üçün tarixi hadisədir və biz də bu mühüm hadisənin iştirakçıları və şahidləriyik”.

Ağdam şəhərində təşkil edilmiş seçki məntəqələrində səs verəcək seçicilər də səsverməyə böyük ruh yüksəkliyi ilə gedəcəklərini bildirirlər. 

“Çox fəxr edirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında mühəndis kimi mənim də əməyim var. Həm də ona görə sevinirəm ki, bir neçə gündən sonra keçiriləcək prezident seçkilərində Ağdam şəhərində təşkil edilən seçki məntəqəsində səs verəcəyik.
Tikintidə çalışan hər bir kəs səsvermədə böyük həvəslə iştirak edəcək. Allah dövlətimizi hər zaman qüdrətli eləsin”, deyə Ağdam Muğam Mərkəzinin tikintisində çalışan mühəndis Rəşad Qasımov vurğulayıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO