Aprelin 25-də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) XXIII hesabat-seçki Konfransı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Akt zalında keçirilən konfrans Dövlət Himninin səslənməsi ilə başlanıb.
Gündəlik proqram təsdiq olunandan sonra MHRİK-in sədri Fəzail Bağırov “Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) 2012-ci ilin aprel ayından 2017-ci ilin aprel ayına qədər olan dövr üçün hesabat”x9d məruzəsi ilə çıxış edib.
F.Bağırov çıxışı zamanı son iki il dəmir yolunun tarixindəki islahatlar mərhələsindən danışıb. Bildirib ki, hörmətli Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni və ən müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü xa0başlayıb. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin xa0yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi, infrastrukturun xa0müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilir. “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrin reallaşması prosesində yaxından iştirak edir.
Bütün bu işlərdə MHİRK Cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyət göstərir. Bu illər ərzində Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi dəmir yolunda həyata keçirilən islahatlara daim yardımçı olub, dəmiryolçuların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması və istirahətinin təşkili istiqamətində bir çox layihələr həyata keçirir.
Bu işlərin həyata keçirilməsində gənc kadrların xa0irəli çəkilməsi və onların əməyə xa0sövq edilməsi olduqca sevindirici haldır. Kadrların düzgün seçilib yerləşdirilməsi Cəmiyyət rəhbərliyi ilə MHİRK arasında bağlanmış «Sazişə» müvafiq qaydada həyata keçirilir.
Konfransın işində iştirak edən “Azərbaycan Dəmir Yolları”x9d Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, AHİK-in sədri Səttar Mehbalıyev, tədbirə qonaq qismində qatılan xa0Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş katibi Gennadi Kosolapov, Rusiya Dəmiryolçularının və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqının sədr müavini Natalya Burova, Oktyabr Dəmir Yolu Həmkarlar İttifaqının sədr müavini xa0Tatyana Şebalova çıxış edərək, MHİRK-in beşillik fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Daha sonra MHİRK-in təsis etdiyi “İlin ən yaxşı müəssisəsi”x9d müsabiqəsinin qaliblərinə qiymətli hədiyyələr, bir qrup həmkarlar fəalına AHİK-in fəxri-fərmanları təqdim olundu.
Fəzail Bağırov növbəti dəfə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri şeçildi.
Konfransdan sonra qonaqların Bakının tarixi yerlərinə və Bakı sərnişin stansiyasına ekskursiyası təşkil olunacaq.








































































































