Şəkidə yaşayan erməni QADINLARIN sayı AÇIQLANDI – RƏSMİ 

Şəkidə yaşayan erməni QADINLARIN sayı AÇIQLANDI – RƏSMİ 

Hazırda oxunan: Şəkidə yaşayan erməni QADINLARIN sayı AÇIQLANDI – RƏSMİ 

176371

1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Şəki rayonunda əhalinin sayı 183,5 min nəfər olub.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən məlumatında bu barədə bildirilib. 

Şəki əhalisinin 91345 nəfərini kişilər, 92150 nəfərini qadınlar təşkil edib.
Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Şəki şəhəri, Turan qəsəbəsi, Çələbixan qəsəbəsi.

Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 75,4 yaş olduğu bildirilir.

Rəsmi məlumata görə, 2022-ci ildə Şəkidə 1130 nikah bağlanıb, 248 boşanma qeydə alınıb.

Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Şəki rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib.

Məlum olub ki, Şəkidə 3 nəfər erməni də yaşayır. Onların hər 3-ü qadındır.
Şəkidə say çoxluğuna görə azərbaycanlılardan sonra ləzgilər gəlir. Sonrakı yerdə ruslar və türklər qərarlaşıb.

Şəki rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO