FİDE şahmatçıların fevral reytinqini açıqlayıb.
Bizim.Media xəbər verir ki, siyahıda Azərbaycan yığmasının üzvlərindən ən yaxşı göstərici Teymur Rəcəbova məxsusdur.
2 pillə irəliləyən şahmatçımız 2723 xalla 25-cidir. Şəhriyar Məmmədyarov 2 pillə geriləyərək, 26-cı yerə enib. Onun aktivində 2722 xal var. 1 pillə geriləyən Rauf Məmmədov (2651) 88-ci yerə enib. Nicat Abbasov bir aylıq fasilədən sonra yenidən “100-lüy”ə qayıdaraq 2641 xalla 96-cldlr. Azərbaycan yığmasının sabiq üzvü, hələ də ölkəmizin təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2661 xalla 74-cüdür.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-ın şərəfini qoruyan Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) izləyir.
Qadın şahmatçılarımızdan ən yaxşı göstəriciyə yenə Günay Məmmədzadə malik olub. O, mövqeyini qoruyub. 26-cı yerdə olan yığma üzvünün aktivində 2449 xalı var.
Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cü pillədə qərarlaşıblar. Gövhərin bir addım irəlilədiyi siyahıda Ülviyyə bir, Gülnar üç pillə geriləyibsə, ötən ay 99-cu olan Xanım Balacayeva “100-lüy”ü tərk edib.
Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (Çin, 2559), üçüncü sırada Hampi Koneru (Hindistan, 2554) qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
![FİDE REYTİNQİ: Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu qabaqladı FİDE REYTİNQİ: Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu qabaqladı](https://bizim.media/file/articles/2024/02/01/1706782418_photo_5321330803638129912_y.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:42 / 01.02.2024
FİDE REYTİNQİ: Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu qabaqladı
Hazırda oxunan: FİDE REYTİNQİ: Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu qabaqladı
Hazırda oxunan: FİDE REYTİNQİ: Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu qabaqladı
176095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.