Qadın azadlığının müdafiəçisi  - Cəlil Məmmədquluzadə

Qadın azadlığının müdafiəçisi - Cəlil Məmmədquluzadə

Hazırda oxunan: Qadın azadlığının müdafiəçisi - Cəlil Məmmədquluzadə

176058
Bəşəriyyətin anası olan qadının əsil qara günləri doqquz ay bətnində bəslədiyi övladını xa0dünyaya gətirdikdən sonra xa0başlayır. Saçını süpürgə, qolunu kösöv edən, kiprikləri ilə od götürən, min cür əzab-əziyyətlə boya-başa çatdıran, ərsəyə gətirən ana sonda öz övladı tərəfindən azadlıqdan məhrum edilir, namusu, qeyrəti, mənliyi, ləyaqəti tapdalanır, təhqir edilir, ayaqlar altına atılır.xa0
Peyğəmbərləri də, imamları da, şahları da, gədaları da, alimləri də, cahilləri də, sərkərdəni də, oğrunu da, cəlladı da, əsil kişini də, nanəcibi də, nakişini də , xeyirxahı da, zülmkarı da xa0dünyaya gətirən xa0a n a d ı r. Gözünün nurunu, ürəyinin odunu övladına verən xa0a n a xa0zaman-zaman xa0öz övladları tərəfindən xa0 xa0 işgəncələrə məruz qalmış, döyülmüş, söyülmüş, təhqir edilmiş, arzuları ürəyində qalmış, xa0xoş bir gün görməmişdir.
Lakin ananın övladları içərisində elələri də olmuşdur ki, xa0qadının ”“ananın xa0bu vəziyyəti ilə barışmamış, onu bu hala salan xa0ictimai, siyasi mühitə qarşı bacardığı qədər mübarizə aparmış, mütərəqqi fikirli insanları da xa0bu mübarizəyə qoşulmağa səsləmişdir. Belə övladlardan biri də xa0böyük demokrat yazıçı xa0Cəlil Məmmədquluzadədir. Onun yaradıcılığında qadın azadlığı məsələsi mühüm yer tutur. xa0Qadın azadlığı məsələsi Azərbaycan maarifçi filosoflarının da həmişə diqqət mərkəzində olmuş, bir növ, ənənə xarakteri almışdır.xa0
Əsas məsələ xa0müsəlman Şərqində qadın köləliyinə qarşı , qadın azadlığı uğrunda mübarizədən ibarətdir. İslam aləmundə hökm sürən şəriət qaydalarının qadına xa0hüquqsuz bir varlıq kimi baxmağı təlqin etməsi azad fikirli mütəfəkkirlərimizin etirazlarına səbəb olmuşdur. Onlar istibdad şəraitində qadınlarla kişilərin qeyri-bərabər vəziyyətini böyük xa0sosial xa0ədalətsizlik xa0sayırdılar. Ona görə istibdad quruluşunun xa0haqsızlıqlarını xa0tənqid edəndə qadın hüquqsuzluğunun tənqidi üzərində xa0xüsusi dayanır, qadın ləyaqətinə hörmət, onların ictimai həyatda xa0fəaliyyətə cəlb edilməsi, kişilərlə hüquq bərabərliyinin təmin edilməsi haqqında xa0fikirlər aşılayırdılar.
C.Məmmədquluzadə qadın köləliyini cahilliklə şərtləndirir, “Hicab”x9dayəsi tərəfdarlarının qadına üzü açıq gəzməyi xa0qadağan etdiklərini xa0cahillik, nadanlıq sayır və quranda bu barədə heç bir əmrin olmadığını söyləyir: “Bu ayələrin xa0heç birində bir xırda da əmr olunmur ki, arvadlar üzlərini xa0qapasınlar...Burada da biz ayənin ruhunu, arvadların övrəteynini gizlətməklə üzlərini gizlətməyi bərabər tuturuq ki, bundan da daha aşkar cəhaləıt ola bilməz (C.Məmmədquluzadə.Əsərləri, 2-ci cild, səh.178-179).
Üzüaçıq gəzməyi əxlaqsızlıq hesab edən ruhanilərə müraciət edən xa0ədib yazırdı:”x9d Ayə övrətlərimizi bu tövr bihəya və bivəfa hesab etməyə xa0əlimizdə bir sübut var, ya yox? Qonşularımız erməni övrətləri gözlərinizin qabağındadır. xa0Bunlar üzüaçıq dolanırlar. xa0Heç bir insaf əhli deyə bilməz ki, erməni övrətləri özgə kişi ilə xa0aşnalıq qatırlar. Hansı vicdan sahibi müsəlman deyə bilər ki, xa0erməni övrətləri həyasızdırlar? Hansı bir müsəlman görüb və eşidib ki, xa0erməni övrətləri xa0ərlərinə xəyanət etsinlər və özgə kişiyə xa0meyl göstərsinlər? Hansı bir gözəl və cavan müsəlman bacarar bir erməni övrətini özünə aşna etsin? Mənim sözüm budur ki, xa0ümumiyyətlə heç bir millətin övrətləri barəsində xa0demək olmaz ki, flan millətin övrətləri bietibar və ismətsizdir, ya flan tayfanın övrətləri xa0vəfalı və həyalıdır ( yenə orada.səh.180-181).
Qadın azadlığını milli tərəqqinin əlamətlərindən biri xa0hesab edən C.Məmmədquluzadə xa0istəyirdi ki, xa0“Azərbaycan qadınlarının mədəni səviyyəsi və hüquqları xa0Avropa qadınlarından aşağı olmasın Avropa qadınlarının səviyyəsinə çatmaq üçün Şərq qadınları oxumalı, çalışmalı, vuruşmalı və cəmiyyətlər xa0təşkil etməlidirlər, yoxsa yer üzündə heç bir islam milləti mədəniyyət meydanında irəli gedə bilməyəcəkdir”x9d( yenə orada.səh.590).
Ədib müsəlman aləmində xa0dəbdə olan xa0siğəni əxlaqa, ailə məsuliyyətinə zidd hesab edirdi. Bu cür xa0fikirlərinə görə ruhanilər xa0ədibi təqib edir, ölümlə hədələyirdilər. xa0Bu barədə Həmidə xanım öz xatirələrində belə yazırdı:”x9d Faiq əfəndi Mirzə Cəlilə bildirdi ki, evdən kənara çıxmasın, onu öldürmək istəyirlər. xa0Şəhərin müsəlman hissəsi böyük həyəcan keçirirdi. Camaat mollaların başçılığı ilə məscidə toplanıb xa0Mirzə Cəlilə lənət oxuyur, islama rəxnə yetirən o dinsiziin qətlinə fərman verirdi. Başqa yerlərdən avamlar xa0Mirzə Cəlilə söyüş və hədələrlə xa0dolu məktublar göndərmişdilər (Həmidə Məmmədquluzadə.Mirzə Cəlil haqqında xatirələrim”x9d. Bakı-1976.səh.29-30).
C.Məmmədquluzadə qadının şəxsiyyət azadlığı problemini islam ideologiyasının, feodal-patriarxal mühitin tənqidi ilə bağlayır, qadın ləyaqətini ucaltmaq üçün xa0o zamanın mürəkkəb ictimai ideoloji şəraitində cəsarətlə mübarizə aparırdı:”x9d Qadın ləfzi xa0islam aləmində indiyədək xa0bir xa0“od”x9d olubdur ki, ona əl vurmaq barıta əl vurmaq kimi xa0xətalı hesab olunubdur”x9d- deyirdi (Əsərləri. 3-cü cild, səh.568).
C.Məmmədquluzadə Şərqdə rüsvayçılıq həddinə xa0çatmış, ürəkbulandıran bir adət olan çoxarvadlılığı Qərbdə olan xa0təkarvadlılığa qarşı qoyaraq yazırdı: “Bunu heç kəs dana bilməz ki, əcnəbilər..məhz bir arvad alırlar və ölən günə kimi haman bir arvada xa0qane olurlar. Əgər bunlar bir-birini xa0xoşladı, ömürlərinin axırırnadək bir yerdə yaşayacaqlar, əgər xoşlamasalar, yenə də bir tövr rəftar edəcəklər ki, ömürlərini başa versinlər və əgər bir-birini o mərtəbədə xa0xoşlamadılar ki, birinin birinə ikrahı oldu, --o zərurətdə xa0bunlar ayrılacaqlar. Dünyada bu təbii bir şeydir”x9d(Əsərləri.2-ci cild.səh.175).
Məlumdur ki, islamın təbliğatçıları Avropa qadınlarını namussuz, qeyrətsiz, eyş-işrət düşkünü, gecə-gündüz xa0barlarda xa0əxlaqsızlıqla məşğul olan yüngül xasiyyətli xa0bir varlıq kimi qələmə verir, xa0lakin Qərbin mütərəqqi cəhətlərinə toxunmaq istəmirdilər. xa0Bu cür ilahiyyatçıları xa0Mirzə Cəlil ifşa edərək göstərirdi ki,:”x9dBiz diqqət eləsək, görəcəyik ki, xa0belə sözü danışanlar və yazanlar xa0həmişə o kəslər olublar ki, Avropa məişətindən və Avropa mədəniyyətindən əsla bixəbərdirlər”x9d(2-ci cild,səh.352).
Qadın azadlığı Cəlil xa0Məmmədquluzadə üçün həmişə əhəmiyyətli problem olmuşdur. : “ Bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi xa0üstündə vurulub. xa0Onun üçün də Şəırq qadınlarının dərdini mən hamıdan artıq xa0anlaya bilirəm. Nədir onların dərdi ? xa0Şərq qadınını azad etmək, nədən? xa0Şəriətin kəməndindən, müsəlmanlığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmündən”x9d93-cü cild, səh.550)
Şərq qadınının azadlılğı uğrunda ədibin apardığı mübarizəyə dövrünün açıq fikirli, mütərəqqi xa0ziyalıları xa0yüksək qiymət verirdilər Y.Vəzirov “Millət”x9d qəzetində çap etdirdiyi məqaləsində yazırdı;”x9dİslam aləmində həlli üsyana səbəb olan bir çox dini məsələləri xa0“Molla Nəsrəddin”x9d zəmanə nöqteyi-nəzərini etibara alaraq, qolaylıqla həll yoluna saldı. Əski qanun və adətlər dairəsini xa0pozub geniş bir vadiyə çıxdı...qadın məsələsi kimi zəruri, həyati və bununla belə qarışıq məsələni həll etdi. xa0Zəmanə yazılmlş qanunlardan qüvvətlidir,--dedi. Zəmanə tələbatına tabe olunuz!”x9d( Qulam Məmmədli.”x9dMolla Nəsrəddin salnaməsi”x9d.Bakı, 1966, səh.370-371)
Cəlil Məmmədquluzadə öyrənmək istəyirdi ki, xa0görsün Avropada qadın azadlığı məsələsi necə həll olunur, alimlər, siyasətçilər, filosoflar bu məsələyə necə yanaşılrlar. Bu yanaşmalarda Şərq ilə Qərb arasında nə kimi fərqlər mövcuddur. Məsələni araşdıran ədib xa0yazırdı: “Avropa filosofları qadın məsələsindən danışanda çox millətlərin övrətlərindən söhbət açıblar, amma heç bir millətin övrətlərinin barədə ədəbsizlik və xarlıqla danışmayıblar. Amma bizim üləmaların yazıları xa0başdan axıra kimi xa0qərb övrətlərinə föhş demək və hörmətsizliklə danışmaqdır”x9d (2-ci cild, səh.265).
CəMəmmədquluzadə gənc ailələrdə boşanmaların, nikah müqavilələrinin tez-tez pozulmasının, ailələrin dağılmasının səbəbini cütlər arasında həqiqi sevginin, saf məhəbbətin olmamasında, evlənmələrin müəyyən təmənna əsasında baş tutmasında, ötəri həvəslə bağlı olmasında, qadına inamsızlıqda, etibarsızlıqda görqrdü: xa0Ədib xa0bunu o dövrün kişilərinin öz dili ilə belə açıqlayır:”x9d Heç razı ola bilmərəm ki, xa0mənim övrətim dünyada məndən savayı bir kişini görsün, bir kişi ilə danışsın..Yer üzünün bütün müsəlman qardaşları xa0bu xüsusda mənnən yoldaşdırlar...Mən ondan qorxuram ki, övrətim çıxa kişilərin içinə və görə ki, dünyada məndən də xa0yaxşı kişi var...Əgər mənə yəqin ola ki, övrətim məni istəyir, onda heç zaddan qorxmaram, onda izin verərəm xa0hər kəs ilə istəyir danışsın. Amma bir surətdə ki, onun mənə məhəbbəti yoxdur, --otaqdan kənara çıxmağına razı ola bilmərəm.Məhəbbəti mənə ondan ötrü yoxdur ki, o heç bilmir məhəbbət nədir. Onu mənə on dord yaşında könülsüz verəndə xa0mənim qırx doqquz yaşım var idi. Amma mənə ondan ötrü gəldi ki, bir kasıb qız idi. Mən özüm də bilirəm məni istəməyəcək, ancaq mənim pulumu istəyəcək, qızılımı istəyəcək. Amma nə eybi var, allah müsəlmançılığa bərəkət versin. Məndən savayı o kimi görəcək ki, özgəsinə məhəbbət yetirsin”x9d (2-ci cild, səh.589-590).
C.Məmmədquluzadə cəmiyyətin tərəqqisi, inkişafı, müəyyən məqsədlərə çatması üçün qadınlarla kişilər arasında hüquq bərabərliyinin olmasını zəruri sayır və deyird ki, oğlanları oxutmaq, xaricdə təhsil almaq, ixtisas sahibi olmaq xa0məqsədilə xaricə göndəririksə, qızlarımıza da xa0belə bir şərait yaratmalıyıq. xa0Ədibə görə, “oğlanlar oxusa, qızlar savadsız qalsa, onda onlar evlənəndə bir-birini başa düşməzlər. xa0Ona görə gərək oğlanlarımızı xa0Avropa dərsinə göndərəndə xa0qızlarımızı da qoyaq xa0dərsə ki., xa0heç olmasa Avropa elmindən, xa0tərbiyəsindən barı yarımçıq da olsa, bir az xa0oxusunlar və öyrənsinlər( 2-ci cild, səh.246-247)
Sovet hakimiyyəti qurulduqdan sonra xa0qadınlarla ideya-tərbiyə işlərinin aparılmasından danışan ədib yazırdı:”x9d Azad edəndən sonra azad Şərq qadınını tərbiyə etmək, ona həqiq yol göstərmək, öz vəzifəsini bildirmək, qadınlıq şərtlərini xa0anlatmaq, analıq borcunu dərs vermək, övlad tərbiyəsinin nə olduğunu təlim etmək, ta ki, xa0bəxti qara Şərq qadını gözünü açıb çıxsın Şura əsrimizin geniş meydanına və cürətlə desin: mənim də bu dünyada xa0yaşamağa haqqım var! Çünki indi dəxi mən azad Şərq qadınıyam! (3-cü cild, səh.550).
Sosializm şəraitində qadınların kişilərlə bərabər qurub-yaratmaları xa0ədibi sevindirirdi..”x9d Şura aləmində qadın da bir insandır, kişi də insandır; qadına da ixtiyar lazım, kişi yə də, qadın da nəfəs almaq istəyir, kişi də; nə kişi qadına sahib, ağadır, nə qadın kişiyə, ancaq bunlar yoldaşdırlar. Biz də belə deyirik. ”x9dŞərq xa0qadını”x9d da xa0bu sözləri eşidib çıxdı meydana. İndi dəxi İslamın zənciri xa0onun ayaqlarına dolaşmağa gücsüzdür. İndi dəxi xa0şəriətmədarların cəhənnəm odlarından qorxan yoxdur. xa0İndi dəxi arvad qeyrəti çəkən “qeyrətli”x9d qoçular puç olublar. İndi dəxi Əli Bayramovun xa0yadigarına xa0açılan Şərq qadını əncümənindən xa0“qadın azadlığı”x9d və “qadın xoşbəxtliyi”x9d kimi münacatın xa0sədası Şərq aləminə dağılmaqdadır. Bunu biz istəyirdik və bunu axtarırdıq. Dedik, dedik, axırda arzumuza çatdıq”x9d(3-cü cild, səh.94).
Sovet hakimiyyəti sayəsində xa0azadlığa çıxan Azərbaycan qadınlarıının xa0 öz şəxsi ləyaqətlərini dərk etməsini, şəriətin hökm sürdüyü xa0mənfur keçmişə nifrətlə xa0baxdıqlarını söyləyən ədib xa0öz fikirlərini qadınların dili ilə ifadə xa0edir:”x9d Min ildən artıqdır ki, biz pərdə dalındayıq, min ildən artıqdır ki, biz hərəmxanada dustağıq, zalım kişilərə xa0quluq, müstəbid fazillərin təfsirlərinin qurbanıyıq, hicab çomağının xa0altındayıq. Dəxi bu qədər bəsdir, dəxi bu qədər kifayətdir.,.bizim qənimimiz, indiyədək bizi əsarətdə saxlayan xa0həmin çarşaf olubdur. Biz bunu nəinki yad kişilər yanında, hətta yavuq qohumlardan da xa0gizlənmək üçün xa0örtmüşük xa0 Və belə gizlənməyə bizi mollalar məcbur ediblər, bizi quranın ehkamı məcbur edibdir (3-cü cild, səh,31).
C.Məmmədquluzadə şəriət qaydalarının xa0inqilabdan sonra xa0dərhal tamamilə xa0aradan qalxacağını güman etmirdi. Keçmişin belə qalıqlarının xa0hələ bir müddət yaşayacağını düşünürdü. Ancaq yeni həyatın yeni qanunlarının tam qələbəsinə inanırdı:”x9d Bu hal həmişəlik davam edə bilməyəcək, bu ola bilməz ki, iki bacının biri dünya işinin dalınca getsin, o biri bacı gecələr xa0şirin yuxunu özünə haram edib xa0axirətdə qılman axtarmaqla məşğul olsun. Bu iki dünya ayrı-ayrı dayanıb dura bilməyəcək. xa0Ya bu onu öz tərəfinə çəkəcək, ya o bunu. Necə ki mömin müsəlmanlar deyirlər:”x9d ya ağ ləkə qara ləkəni basacaq , ya xa0qara ləkə ağ ləkəni”x9d
Bəs hansı basacaq? Beynəlxalq zəhmətkeş qadınlar dünyasının müqabilində xa0“Bikə ya allah”x9d çağıran mömin qadınlar dayanıb dura bilməzlər”x9d(3-cü cild. Səh.397). C.Məmmədquluzadənin qadın azadlığı uğrunda mübarizəsi öz dövrü üçün böyük ictimai əhəmiyyət kəsb edirdi. Sovet hakimiyyəti cəlil Məmmədquluzadənin bütün arzularını, xəyal və istəklərini həyata keçirtdi. İnsanlar arasındakı ayrı-seçkiliyə son qoyuldu,bütün təhsil ocaqlarının qapıları zəhmətkeş xalq kütlələrinin üzünə açıldı. Şərqin bir parçası olan Azərbaycan qadınlarının məğrur səsi insan fəaliyyətinin bütün sahələrindən xa0eşidilməyə başlandı.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Müstəqil Ağayev,
AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfəxa0
tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfəxa0
üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif xa0Xadimi xa0 xa0 xa0 .
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO