Bu yazıya başlayarkən qədim dövr xa0Çin filosofu Konfutsidən misallar çəkib özümü ağıllı göstərmək fikrində deyiləm. Konfutsini əməlli başlı oxumamışam da.Amma Mirzə Cəlili yaxşı oxumuşam.Ona görə də yazılarımın əksəriyyətində Cəlil Məmmədquluzadədən nümunələr var. İndiyədək çap olunan yazılarımın çoxunu bu böyük dahinin fikirləri ilə başlamışam. Çünki Mirzə Cəlilin əsərləri bu gün də aktualdır.
Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə tanış olanlar yəqin ki, onun “Təzə xəbər”x9d hekayəsini oxuyublar.
xa0 xa0xa0
“Tükəban xalanın gəlini istəyirdi toyuqlara dən səpə,sarı toyuq gözünə sataşmadı.Bir az “cü-cü”x9d eyləyib çağırdı, sarı toyuq görsənmədi.Gəlin fikir elədi ki bəlkə toyuq xa0Fatma xa0xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:
xa0 xa0xa0
-Ay Fatma xala,sən Allah ,bax gör, bizim sarı toyuq sizin həyətə keçməyib ki?
xa0 xa0 xa0
Bu heyndə Çərçi Zalxa girdi Tükəzban xalanın həyətinə və gəlini divarın yanında görüb başladı məzəmməti:”x9dAy qız,bəlkə özgənin həyətində kişi zad var,ayıb deyil məgər, xalqın həyətinə baxırsan?”x9d.
xa0xa0
Gəlin cavab verdi ki ,”x9dsarı toyuğumuz keçmişdi xa0Fatma xalagilə onu soruşurdum”x9d.
xa0
Çərçi Zalxa Tükəzban xalagildə işini qurtarıb küçəyə çıxanda Xansənəm əmidostuya rast gəldi.”x9dAy salaməleyk,ay əleykəssalam, nə var nə yox,ay Zalxa bacı”x9d.
xa0xa0
Çərçi Zalxa küçənin o tərəfinə, bu tərəfinə baxıb ağzını aparıb yapışdırdı Xansənəm əmidostunun qulağına və belə pıçıldadı:”x9dTükəzban xalanın gəlini divarın çatdağından Fatma xalanın oğluna göz eliyirdi,vallah mən özüm gözümnən gördüm.Amma sən Həzrət Abbas bir kəsə demə”x9d.
xa0 xa0 xa0
Xansənəm əmidostu gedirdi Şərəbanı bacıgilə.İçəri girən kimi: ”x9dSalaməleyk,əleykəssalam.Ay qız nə var, nə yox, uşaqlar necədir?”x9d
xa0 xa0xa0
-Allaha şükür.Sizin Sadığın qarnı necədi,indi maşallah deyəsən bir az köpü yatıb?..
xa0xa0
Xansənəm əmidostu o tərəfə, bu tərəfə baxıb başını əydi xa0Şərəbanı bacının qulağına və yavaşca dedi:”x9dxa0
Eşitmisən təzə xəbəri ya yox?”x9d “Yox eşitməmişəm”x9d.
xa0 xa0
Ay qız Şərəbanı Allah bizim başımıza daş salacaq. Deyirlər ki, Tükəzban xalanın gəlini divardan xəlvətcə Fatma xalanın həyətinə xa0yenib Fatma xalanın oğlunan oynuyurmuş və naqafil bu yandan da gəlinin əri çıxıb, yəni Tükəzbanın oğlu çıxıb görüb və arvadını da o qədər döyüb ki indi deyirlər o matışka-qızı matışka yorğan döşəkdə yatır.
xa0xa0
-Ay qız, nə danışırsan?..
- İmam haqqı doğru deyirəm.
xa0xa0
Bir saat keçmədi ki təzə xəbər şəhərin hər yerinə yayıldı.Şərəbanı xala Əsmər xalaya,Əsmər xala Gülsüm bacıya, Gülsüm bacı Səkinə xalaya, Səkinə xala Nurcahana, Nurcahan Pəricahana... Axırda da bu xəbər Tükəzbanın özünə çatdı.Axşamçağı gəlinin əri Kərbəlayı Qasım evə qayıdam kimi Tükəzban durdu ayağa və çadrasını axtara-axtara dedi ki ,”x9ddəxi mən matışkaynan bir evdə oturmanam;ya bu evdə gərək mən qalam, ya gəlin qala”x9d.
xa0xa0
Xülasə , Kərbəlayı qasım anasını qoymadı getsin.
xa0 xa0
Və hirs ilə gedib yapışdı övrətinin boğazından ki boğub öldürsün.
xa0 xa0
Səhər açılınca üç dəfə ana və oğul gəlini saldılar dəyənək kötəyinin altına.
xa0
Ancaq bir neçə gündən sonra yavaş-yavaş Tükəzbana və oğluna yəqin oldu ki, bu deyilən sözlər böhtandı, amma genə hərdənbir Kərbəlayı Qasım bikarlıyanda övrətini salardı kötəyin altına ki, “niyə sən divardan Fatma xalaynan danışdın?...”x9d
xa0 xa0
Təəssüf hissi ilə qeyd edirəm ki, ölkəmizdəki bəzi saytlar məhz belə fəaliyyət göstərir.Çərçi Zalxaların, Xansənəmlərin, Şərəbanıların, Əsmərlərin, Gülsüm bacıların, Səkinə xalaların rəhbərlik etdikləri bu saytların xəbər tapmaq,informasiya vermək “bacarıqları”x9d adamı lap heyran edir.Yağışdan sonra çıxan göbələklər kimi yayılan bu saytlar yalnış məlumatlar yaymaqla ölkə ictimaiyyətini çaşdırırlar.Təbii ki, bu sözləri çoxminli oxucusu olan ciddi informasiya saytlarına aid etmək olmaz. Odur ki, bəzi belə saytların Naxçıvan barədə yaydıqları dezinformasiyalar ciddi saytlar tərəfindən tirajlanmır.Çərçi Zalxalardan biri bu dəfə Naxçıvan Avtomobil Zavodu barədə dezinformasiya yayıb.Çərçi Zalxanın saytından da Şərəbanı, Əsmər, Gülsüm bacı o “xəbəri”x9d götürüb öz saytlarında yerləşdiriblər.
xa0xa0
Belə insanlar barədə çox gözəl bir atalar sözümüz vardır: ”x9dKar eşitməz uydurar”x9d. Bu saytlar da Naxçıvan Avtomobil Zavodunda bir yenilik olduğunu eşidiblər və tələm-tələsik yazıblar ki, bəs zavod öz fəaliyyətini dayandırıb. Əgər zavodla əlaqə yaratsaydılar, o zaman öyrənərdilər ki, Naxçıvan Avtomobil Zavodu öz fəaliyyətini genişləndirir.
xa0xa0
Ancaq bu ,Naxçıvan barədə verilən ilk yalan xəbər, bu torpağa atılan ilk böhtan, şər-şamata deyil ki. Naxçıvan neçə illərdir, belə böhtanlarla üzləşir.Və heç kimə fikir vermədən öz inkişaf yolu ilə gedir.
xa0 xa0
Bu suallar uzun illərdir ki, məni düşündürür: Hədəf niyə Naxçıvandır? Naxçıvan mövzusu jurnalistlər üçün niyə bu qədər maraqlıdır? xa0Bəziləri burada həyata keçirilən islahatları nəyə görə xa0qəbul etmək istəmirlər?
xa0 xa0
Gəlin bu suallara cavab axtarmağa çalışaq.Başlayaq birinci sualdan.
xa0 xa0
Naxçıvan 20-ci əsrdə ermənilərin işğal planına daxil olan yeganə yerdir ki, Azərbaycanın ayrılmaz hissəsi kimi qorunub saxlanılıb.Ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində qorunub saxlanılan bu qədim Azərbayvan torpağı sonralar daha da möhkəmləndirilib, inkişaf etdirilib. Naxçıvanda həyata keçirilən tədbirlər nəticəsində bu yurdun insanları öz el-obasına qırılmaz tellərlə bağlanıb, muxtar respublikanın inkişafı üçün əlindən gələni əsirgəmir. İndi Naxçıvanın təhlükəsizliyini etibarlı təmin edən güclü Əlahiddə Ümumqoşun Ordusu vardır. Naxçıvanı hərb yolu ilə işğal edə bilməyən mənfur düşmən hər zamankı alternativ yola əl atıb- təbliğat maşınını işə salıb. Təəssüf doğuran hal odur ki, bizim bir sıra “jurnalistlərimiz”x9d də bilərəkdən və ya bilməyərəkdən düşmənə dəstək verir. Naxçıvan barədə yalan, böhtan xarakterli məlumat yaymağın düşmən dəyirmanına su tökməkdən başqa adı yoxdur. Bəlkə də Naxçıvan barədə qərəzli məlumatlar yayanların xaricdəki maliyyə mənbələri sırasında erməni şirkətləri də vardır.
xa0xa0
Keçək ikinci suala. Naxçıvan mövzusu ona görə maraqlıdırr ki, burada innovativ islahatlar həyata keçirilir.Naxçıvan blokada şəraitində yaşadığından buradakı vəziyyət, insanların yaşayışı, muxtar respublikada görülən işlər ölkə ictimaiyyəti üçün maraqlıdır.Tarixən də belə olub. Naxçıvan həmişə fatehlərin, səyyahların diqqətini cəlb edib. Bu diyarın özünəməxsus təbiəti, qədim tarixi, möhtəşəm abidələri hər zaman diqqət mərkəzində olub. Son 20 ildə isə bu siyahıya həyata keçirilən islahatlar, abadlıq-quruculuq işləri də əlavə edilib. Naxçıvan mövzusu ölkə ictimaiyyəti üçün maraqlı olduğundan media bu mövzuya daha çox müraciət edir. Naxçıvandan yazaraq qıssa müddətdə populyarlaşan saytlar vardır.Ancaq bəzi saytların bu mövzuya müraciəti qərəzlidir, ona görə ki, sifarişlidir. Əllərindən bir iş gəlməyənlər,tapşırılan vəzifələri yarıtmayanlar muxtar respublikada görülən işlərə kölgə salmağa çalışırlar.Yalan, qərəzli məlumatlar yaymaqla “sübut etmək”x9d istəyirlər ki, guya Naxçıvanda hər şey göründüyü kimi deyil.Bəli, doğrudur.Naxçıvanda hər şey göründüyü kimi deyil. Naxçıvanın gələcəyi naminə elə möhtəşəm layihələr, tədbirlər həyata keçirilir ki, onları anlamaq üçün dərin zəka, yüksək təhlil qabiliyyəti lazımdır. Bir neçə misal çəkim. Naxçıvanın hərbi, ərzaq və enerji təhlükəsizliyi tam təmin olunub. Blokada şəraitində yaşayan bir region üçün bunlar həyati əhəmiyyət daşıyır. İndi düşmənə təkcə müsir silahımızla deyil, qədim tariximizi əks etdirən, beynəlxalq dillərdə nəşr olunan əsərlərlə cavab veririk. Naxçıvanın qədim tarixinin öyrənilməsi, abidələrinin bərpa olunması, muxtar respublikada ekoloji tarazlığın qorunması, yeni yaşıllıqların salınması, sağlamlıq imkanları məhdud insanların cəmiyyətə qazandırılması, vətənpərvər, bilikli gəncliyin yetişdirilməsi, milli dəyərlərin yaşadılması istiqamətində görülən işlər tarixi missiyadır.
xa0 xa0
Keçək bəzilərinin Naxçıvanda həyata keçirilən islahatları nəyə görə xa0tənqid etmən məsələsinə. Bir qrub insanlar Naxçıvanda görülən işlərin mahiyyətini sadəcə olaraq dərk etmirlər. Bir qrup isə görülən işlərin əhəmiyyətini dərk edir,ancaq özləri bunları bacarmadıqlarından qəbul etmək istəmir.
xa0 xa0xa0
Naxçıvanda görülən işlər gələcəyə hesablanmış yenilikçi islahatlardır. Milli dəyərlər, adət-ənənələr üzərində qurulmuş yeniliklər asanlıqla qəbul oluna bilməzdi. Dünyada tarixən yeniliyi qəbul etmək problemi olub. 14-cü əsrin əvvəlləri-16-cı əsrin sonlarında Qərbi və Mərkəzi Avropanı əhatə edən İntibah-renesans dövrü də asanlıqla qəbul edilməyib.
xa0
Bu baxımdan Naxçıvanda görülən işləri bəzi insanların dərk etməməsi başadüşüləndir. Ancaq bu yenilikləri anlayan bir qrup insanın görülən işlərə kölgə salmaq istəməsi paxıllıqdır, vicdansızlıqdır, düşmənçilikdir. Məşhur Azərbaycan filmi “Yeddi oğul istərəm”x9ddə mollanın dediyi kimi “Qanıma qəltan eləsələr də deyəcəyəm çalpapaq Kərəm Allahsızdı”x9d.
xa0xa0
Naxçıvanda həyata keçirilən bütün yeniliklərə, bu diyarın gələcəyi naminə görülən işlərə bəzi media orqanları həmişə qərəzli yanaşıb.
xa0xa0
Bir vaxtlar avtobuslarda kanduktor işləyən, bazarlarda xırda alverçiliyə sövq edilən şagirdlər məktəblərə cəlb olunanda haray-həşir saldılar ki, bəs Naxçıvanda insanlara işləməyə imkan vermirlər .Onda Naxçıvanda uşaqları təhsilə cəlb etməyə, onlar üçün xoşbəxt gələcək qurmağa çalışırdılar. Mənim şəxsən tanıdığım, vaxtilə bazarlardan, avtobuslardan zorla çıxarılıb məktəblərə aparılan yeniyetmə və gənclərin sırasında indi açıq ürək əməliyyatı aparan həkimlər, dövlətinə sədaqətlə xidmət edən məmurlar, istedadlı müəllimlər, musiqiçilər, alimlər vardır.Bax bizim qaragüruhçu zehniyyətimiz o uşaqların xoşbəxtliyini, xa0bugünkü inkişafını ”x9dtənqid”x9d edirdi.
xa0 xa0xa0
Antisanitariyanın baş alıb getdiyi çayxanalar söküləndə də hay-küy saldılar: Ay aman Naxçıvanda insanları çay içməyə də qoymurlar .Şəxsən tanıdığım bir insan var ki, o antisanitariyalı çayxanalarda vərəm xəstəliyinə tutulub. O hay ”“küy qoparanlar Naxçıvanda savadlı və sağlam insanların olmasını istəməyənlər idi. Bunun adı düşmənə xidmət deyil bəs nədir?
xa0 xa0xa0
Tək Naxçıvan şəhərində deyil, muxtar respublikanın kəndlərindəki çayxanalar da söküldü. Niyə? Çünki o çayxanalar xəstəlik mənbəyinə və bekarlar yığıncağına çevrilmişdi. İslam dinini qəbul etmiş görkəmli boksçu Məhəmməd Əli deyirdi ki, səadətə çatmaq yolunda ən çətin mübarizə tənbəlliyin daşını atmağa çalışmaqdır. Naxçıvanda bu işlər görülməklə insanlar tənbəllikdən, ətalətdən qurtuldu. Bütün bunların nəticəsidir ki, indi Naxçıvanda əkinəyararlı bir qarış da boş torpaq yoxdur.Bütün bunların nəticəsidir ki, indi Naxçıvan ərzaq məhsullarını xa0baha qiymətə xa0xaricdən almır.
xa0xa0
Niyə indi Naxçıvanda çayxana yoxdur? Əlbəttə ki var. Antisanitariyalı çayxanaların yerində bu gün müasir kafelər, restoranlar, xidmət və ticarət mərkəzləri fəaliyyət göstərir. Özü də ucuz qiymətə. Naxçıvanın kafelərindəki, restoranlarındakı xidmət nümunəvi, ticarət mərkəzlərindəki qiymət münasibdir. Rejissor dostum Tahir Əliyev burada görəndə ki aldığı soyoducunun qiymətinə Naxçıvanda ikisini almaq olar, bir həftə özünə gələ bilmədi.
Naxçıvanda yas mərasimləri ilə bağlı görülən işlər də birmənalı qarşılanmayıb.Vaxtilə Naxçıvanı İslam qayda-qanunlarına əməl etdiyi üçün “qınayanlar”x9d indi muxtar respublikanın bu təcrübəsinin bütün Azərbaycanda yayılmasının tərəfdarlarıdır.Heç şübhəsiz ki , bir az sonra qəbiristanlıqlarla bağlı haray-həşir qoparanlar da öz fikirlərini dəyişəcəklər, bunun da nümunə olduğunu bildirəcəklər. Əvvəldə dedim axı yeniliyi qəbul etmək asan deyil.
Dünyanın heç bir inkişaf etmiş ölkəsində bizdəki kimi qəbiristanlıqlar yoxdur. Bütün xa0Avropa ölkələrində, elə qardaş Türkiyədə qəbiristanlıqlar yaşıllıqlar içərisindədir.Oraya daxil olarkən bizdəki kimi insanı vahimə basmır. 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı olacaq. Dünyanın hər yerindən muxtar respublikaya qonaqlar gələcək. Qəbiristanlıqlar da İslam dininin bir parçasıdır və çoxu yol kənarlarındadır. Biz dünyaya nə göstərəcəyik? Qupquru çöllükdə bər-bəzəkli baş daşları? Axı dinimiz israfçılığı haram buyurub?Yox. Biz dünyanin inkişaf etmiş ölkələrində necədirsə onu göstərməliyik və göstərəcəyik də. Artıq bir neçə həftədir ki, qəbiristanlıqlarda iməciliklər keçirilir, yaşıllıqlar salınır.
Belə misalların sayını daha da artırmaq olar. Ancaq oxucuları çox yormaq istəmirəm. Bəli, əziz oxucular, Çərçi Zalxaların, Əsmərlərin,Gülsüm bacıların yazmağına, deməyinə, kənardan gələn səsələrə fikir vermədən Naxçıvanın inkişaf xa0karvanı öz yolu ilə gedir.
xa0
Yazının sonunda yenə qayıdıram Mirzə Cəlilə.Yalan yazanlara,böhtan atanlara bu böyük dahinin bircə sözü ilə cavab vermək istəyirəm:Zırrama.
Tural Səfərov
Naxçıvan





































































































