DİN-dən 32 yaşlı şəxsin 16 yaşlı yeniyetmə ilə ailə qurması barədə AÇIQLAMA

DİN-dən 32 yaşlı şəxsin 16 yaşlı yeniyetmə ilə ailə qurması barədə AÇIQLAMA

Hazırda oxunan: DİN-dən 32 yaşlı şəxsin 16 yaşlı yeniyetmə ilə ailə qurması barədə AÇIQLAMA

175941

Daxili İşlər Nazirliyi mediada 32 yaşlı şəxsin 16 yaşlı yeniyetmə ilə ailə qurması barədə yayılan görüntüyə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov apa-ya bildirib ki, rəsmi nikah olmadan toy edərək birlikdə yaşayan Ruslan Məsiyev və 2007-ci il təvəllüdlü şəxs Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət ediliblər. 

Bildirilib ki, onlarla profilaktik iş aparılıb: 

"Müəyyən olunub ki, onlar ötən il dekabr ayında könüllü olaraq ailə qurublar, məcburetmə halı yoxdur. Həmin şəxslərə izah verilib ki, yaşa görə qanunla icra hakimiyyətinin müvafiq qərarı ilə nikah tezləşdirilə bilər. Yaxın günlərdə onun 17 yaşı tamam olduğuna görə rəsmi nikah bağlanılacaq". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO