Bakıda məktəb binası SÖKÜLƏCƏK 

Bakıda məktəb binası SÖKÜLƏCƏK 

Hazırda oxunan: Bakıda məktəb binası SÖKÜLƏCƏK 

175938

Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin binası söküləcək. 

Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, söküntü aparılan ərazidə 480 şagird yerlik yeni bina tikiləcək. 

Təhsilin İnkişafı Fondu tikinti işlərini Global İnteriors Group şirkətinə həvalə edib. Təhsil müəssisəsinin yeni inzibati binasının inşası 3 640 578.16 manata başa gələcək. 
Qeyd edək ki, məktəbin əsası 1930-cu ildə qoyulub. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Bir neçə il əvvəl isə məktəbin binası qəzalı vəziyyətə düşüb. Həmin vaxt məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçiblər. 

Hazırda məktəbdə 74 müəllim fəaliyyət göstərir, 878 şagird (məktəbəhazırlıq qrupunda 72 şagird) təhsil alır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO