Rəmişin xanımı övladlığa uşaq götürdü

Rəmişin xanımı övladlığa uşaq götürdü

Hazırda oxunan: Rəmişin xanımı övladlığa uşaq götürdü

17590

“Rəmişin qardaşı qızını övladlığa götürdüm”.

Bizim.Media xəbər verir ki, bu sözləri açıqlamasında mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülşən Hüsenyova (Gülü) deyib:

“Rəmişlə ailə quranda 23 yaşım var idi. Heç zaman övladım olsun deyə düşünmədim. Mən Rəmişi o qədər sevirdim ki, heç bala zad düşünmürdüm.

Rəmişi sevirdim, yenə sevirəm, ölənə qədər də sevəcəm. Mən onu özümə övlad bilirdim. İndi Rəmiş yoxdur, onun qardaşı qızı Günel xanımı övladlığa götürmüşəm. Elə körpəlikdən Günel xanım mənim əlimdə böyüyüb. Günel artıq mənim övladımdır. Onu mən övlad kimi qəbul eləmişəm”. 

Qeyd edək ki, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olan R.Hüseynov aprelin 5-də dünyasını dəyişib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO