İşğaldan azad edilmiş ərazilərdə əhaliyə torpaq sahələri ayrılacaq

İşğaldan azad edilmiş ərazilərdə əhaliyə torpaq sahələri ayrılacaq

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə əhaliyə torpaq sahələri ayrılacaq

175750

İşğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş 4958. 95 ha torpaq sahəsi üzrə 134 müraciətə ( əvvəlki dövrlərdə daxil olmuş müraciətlərlə birlikdə) müsbət rəy verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, ümumilikdə indiyədək 11 min ha yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə torpaq sahələrinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrrüfatı Nazirliyi tərəfindən daxil olmuş 470.40 ha torpaq sahəsi üzrə 6 müraciətə ( əvvəlki dövrlərdə daxil olmuş müraciətlərlə birlikdə) razılıq verilib.
Ümumilikdə indiyədək 2 min ha yaxın torpaq sahəsi üzrə 19 müraciətə razılıq verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO