Sərnişin insult keçirdi, təyyarə Bakıya təcili eniş etdi

Sərnişin insult keçirdi, təyyarə Bakıya təcili eniş etdi

Hazırda oxunan: Sərnişin insult keçirdi, təyyarə Bakıya təcili eniş etdi

175740

“Swiss International Air Lines” aviaşirkətinin Sürix-Sinqapur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. 

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb. 

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (insult). 

“Boeing 777” təyyarəsi yerli vaxtı ilə saat 06:53-də Bakı hava limanında uğurla eniş edib. 

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO