Yeni stadion “Sumqayıt” – “Neftçi” oyunu üçün hazırdır – FOTO

Yeni stadion “Sumqayıt” – “Neftçi” oyunu üçün hazırdır – FOTO

Hazırda oxunan: Yeni stadion “Sumqayıt” – “Neftçi” oyunu üçün hazırdır – FOTO

175358

Xəbər verdiyimiz kimi “Sumqayıt” klubu növbəti turda “Neftçi” ilə ev oyununu yeni stadionunda keçirəcək. 

Bizim.Media xəbər verir ki, bu həm də yenidən qurulan Sumqayıt şəhər stadionunda ilk rəsmi matç olacaq. 

Artıq oyun üçün arena tam hazır vəziyyətə gətirilib. Çünki stadionun açılışından sonra orada bəzi çatışmazlıqlar var idi. İşıqlandırma sistemi standartlara cavab vermir, media üçün sektorlar, tv çəkiliş üçün nöqtələr qoyulmamışdı. 
Bütün bu işləri “Sumqayıt” klubu və “Azərkimya” şirkəti tez bir zamanda həyata keçirib. Artıq stadion PFL-in standartlarına cavab verir. 

Qeyd edək ki, “Sumqayıt”-“Neftçi” oyunu fevralın 4-ü saat 15-00-da başlayacaq.



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO