MEDİA-nın İcraçı direktorunun müavini təyin olunan Natiq Məmmədli KİMDİR? – DOSYE 

MEDİA-nın İcraçı direktorunun müavini təyin olunan Natiq Məmmədli KİMDİR? – DOSYE 

Hazırda oxunan: MEDİA-nın İcraçı direktorunun müavini təyin olunan Natiq Məmmədli KİMDİR? – DOSYE 

175218

Xəbər verdiyimiz kimi, Natiq Məmmədli Medianın İnkişafı Agentliyinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilib.

Bizim.Media Natiq Məmmədlinin dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Natiq Məmmədli yeni vəzifəyə TƏYİN EDİLDİ 


Natiq Məmmədli 1977-ci il mayın 5-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 

1990-cı illərin ikinci yarısından jurnalistika sahəsində çalışır. Müxtəlif KİV-lərdə baş redaktorun müavini, baş redaktor və s. vəzifələrdə çalışıb. 

O, mətbuat tarixinə dair araşdırmaların, oçerklərin müəllifidir. Natiq Məmmədlinin təşəbbüsü və redaktorluğu ilə Azərbaycan mətbuat irsinə, ictimai fikir tarixinə dair bir sıra nəşrlər işıq üzü görüb.

Qeyd edək ki, Natiq Məmmədli bu təyinata qədər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO