Ağstafada bıçaqlanan şəxsin zənginə təcili yardımdan CAVAB: “Maşın yoxdur, özün gəl” – VİDEO  

Ağstafada bıçaqlanan şəxsin zənginə təcili yardımdan CAVAB: “Maşın yoxdur, özün gəl” – VİDEO  

Hazırda oxunan: Ağstafada bıçaqlanan şəxsin zənginə təcili yardımdan CAVAB: “Maşın yoxdur, özün gəl” – VİDEO  

175196

Xəbər verildiyi kimi Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. 37 yaşlı Nuran Saleh oğlu Babayev tanışı tərəfindən bıçaqlanıb. Hadisə Ağstafada ərazisindəki çayxanalardan birinin qarşısında baş verib. Bıçaqlanan Nuran Babayev M.T.Məmmədov adına Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yığıb və təcili yardım maşını göndərmələrini istəyib.  Xəstəxanadan yaralı şəxsə isə “maşınımız yoxdur, özün gələ bilirsənsə, gəl” deyə bildirilib.

Yaralı şəxs sürünı-sürünə özünü xəstəxanaya tərəf gedib. Huşunu itirdiyindən yola davam edə bilməyib. Gözünü açanda isə özünü xəstəxanada görüb. 

Son vaxtlar ölkədə təcili tibbi yardımın işi ilə bağlı müxtəlif məzmunlu şikayətlərin çoxalması məsələni yenidən aktuallaşdırıb. Sözügedən məsələdə isə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin yaralı xəstənin çağırışına məsuliyyətsiz yanaşması, üstəlik absurd açıqlama gətirməsi problemin ciddiliyindən xəbər verir. 

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsi ilə əlaqə yaratdıq. Təcili yardım şöbəsinin dispetçer əməkdaşı Səbinə Əhmədova Bizim.Media-ya açıqlamasında məsələyə belə aydınlıq gətirib:

“Bizim briqadalarımız çağırışda olduğuna görə “maşınımız yoxdur” yox, sadəcə “yanınızda adam varmı? Onunla gələ bilirsizmi?” deyilib. Xəstə isə yaralı olduğu üçün gələ bilmədiyini, biz isə “gözləyin, görək nə edirik?” demişik. Heç 5 dəqiqə olmayıb, bizdən maşın, acil şöbəmiz olan Terapiya şöbəsindən isə tibb bacısı göndərilib və xəstəni gətirmişik. O qədər məsafəni xəstə sürünüb gələ bilməz. Çünki ora çox kiçik məsafədir və 100 metri yalnış cümlə ilə ifadə edir. Sadəcə küçədən yola çıxıb”.

Səbinə Əhmədovanın sözlərinə görə rayon üzrə iki təcili yardım briqadası fəaliyyət göstərir:

“Əlavə feldşerlərimiz də olur və belə hadisələr baş verəndə onları göndəririk. Həmin hadisə vaxtı feldşerimiz də olmayıb. İki briqadamız isə çağırışda olub. Buna görə başqa maşın və həkim təşkil edib xəstəni yoldan götürmüşük”.

Məlumat üçün bildirək ki, Ağstafa rayonunun əhalisi 01.01.2013-cü il tarixə görə 82 min 702 nəfər təşkil edir. Rayon əhalisinin 20 min 435-i şəhərdə, 62 min 267-si kənddə yaşayır.

Rayonda iki təcili yardım briqadasının olması 80 mindən yuxarı əhali sayına nisbətdə çox azdır və sadəcə faciəvi durumdur. Bəs, səbəb nədir? 

Məsələyə isə cavabdeh qurumlar aydınlıq gərirməlidir. 

Problemlə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərsək də, bu mövzuda heç bir cavab ala bilməmişik.
 


Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO