“Whatsapp”da YENİ FUNKSİYA - Tətbiqdə süni intellektdən istifadə MÜMKÜN OLACAQ

“Whatsapp”da YENİ FUNKSİYA - Tətbiqdə süni intellektdən istifadə MÜMKÜN OLACAQ

Hazırda oxunan: “Whatsapp”da YENİ FUNKSİYA - Tətbiqdə süni intellektdən istifadə MÜMKÜN OLACAQ

175179

“Whatsapp” yeni funksiyasını təqdim edib.

Bizim.Media xəbər verir ki, “Meta AI chatbot” artıq bəzi “WhatsApp” istifadəçiləri üçün əlçatandır.

“Meta”nın süni intellekt “chatbot”u nəhayət “WhatsApp”da istifadəyə verilib və bura bir sıra xidmətlər daxil edilib. 

Məlumata görə, yeni süni intellekt “chatbot” düyməsi “WhatsApp”ın “Söhbətlər” bölməsində və “Yeni Söhbət” düyməsinin üstündə yerləşdirilib. Bu yeni funksiyanın istifadəçilərin süni intellekt “chatbot”una daxil olmasını və onlara lazım olanı axtarmağı asanlaşdıracağı gözlənilir. 

Süni intellekt “chatbot”undan “WhatsApp”la bağlı suallara cavab vermək, müştəri dəstəyi göstərmək və hətta istifadəçilərə görüşlər planlaşdırmaq və ya rezervasiya etmək kimi tapşırıqlarda kömək etmək üçün istifadə edilə bilər.
Bundan əlavə, “WhatsApp” status yeniləmələrinə girişi asanlaşdırmaq üçün yeni funksiyasını da yaradıb.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO