TƏCİLİ XƏBƏRDARLIQ: Azərbaycanda “WhatsApp+” istifadəçilərinin bank hesabı oğurlandı – FOTO  

TƏCİLİ XƏBƏRDARLIQ: Azərbaycanda “WhatsApp+” istifadəçilərinin bank hesabı oğurlandı – FOTO  

Hazırda oxunan: TƏCİLİ XƏBƏRDARLIQ: Azərbaycanda “WhatsApp+” istifadəçilərinin bank hesabı oğurlandı – FOTO  

175174

"Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir".

Bizim.Media xəbər verir ki, bu sözləri texnobloger Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb. 

"Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir.  
Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi Bankları günahlandırır" – deyə o bildirib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO