Şəkidə piyadanı maşın vurub

Şəkidə piyadanı maşın vurub

Hazırda oxunan: Şəkidə piyadanı maşın vurub

174974

Axşam saatlarında Şəki şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol nəqliyyat hadisəsi Şəki-Oğuz avtomobil yolunun şəhərin giriş hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21099” markalı avtomobil hərəkətdəykən yolu keçmək istəyən piyada, şəhər sakini 42 yaşlı Murad Məmmədovu vurub. Piyada hadisə şahidləri və qəza törədən sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda Murad Məmmədovun müalicəsi Şəki Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, baş verən qəzanın təfərrüatları araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO