Yol Polisindən XƏBƏRDARLIQ 

Yol Polisindən XƏBƏRDARLIQ 

Hazırda oxunan: Yol Polisindən XƏBƏRDARLIQ 

174877

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib. 

İdarədən Bizim.Media-ya verilən məlumata görə, xəbərdarlıqda deyilir: 

"Ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar hazırda respublika əhəmiyyətli avtomobil yollarında məhdudiyyət tətbiq edilməsə də, əsasən dağlıq və dağətiyi rayonlarda yağan intensiv qar nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb.

Hazırda DİN BDYPİ-nin YPX Alayının və ərazi polis orqanlarının DYP əməkdaşları ötən gün gecə saatlarından başlayaraq aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərir. 
Baş DYP İdarəsi mövcud hava şəraiti ilə əlaqədar yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün bir daha sürücülərə müraciət edərək, hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir. 

Qarlı, buzlu yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının dəfələrlə artmasını nəzərə alaraq piyadalara ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO