“Sığınacaqdakı qız itkin düşməyib, qaçıb” – YENİLƏNİB  

“Sığınacaqdakı qız itkin düşməyib, qaçıb” – YENİLƏNİB  

Hazırda oxunan: “Sığınacaqdakı qız itkin düşməyib, qaçıb” – YENİLƏNİB  

174850

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Mehriban Zeynalova bildirib ki, sığınacağa yerləşdirilmiş adıçəkilən xanım itkin düşməyib, qaçıb: 

“O xanım 3-4 gün idi ki, bizim sığınacağa gəlmişdi.18 yaşının tamam olmasına da az qalmışdı. Elə ilk gəldiyi gündən davranışlarından hiss etmişdik. Daha öncə də öz ailəsi ilə birlikdə yaşayarkən bir neçə dəfə qaçıb. Buna görə də daha öncədən polisə də məlumat vermişdik. Nə qədər axtarsaq da, tapa bilmədik”. 

*** 09:27

Bakıda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilmiş qız itkin düşüb. 

Bizim.Media xəbər verir ki, yanvarın 23-də saat 15:30 radələrində Şirvan şəhər sakini, 2007-ci il təvəllüdlü Arəstə Məmmədova İctimai Birliyə məxsus “Motodrom” ərazisindəki müəssisədən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb. 

Faktla bağlı Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO