Ağdaşdakı ağır qəzanın səbəbi məlum oldu – TƏFƏRRÜAT/FOTO 

Ağdaşdakı ağır qəzanın səbəbi məlum oldu – TƏFƏRRÜAT/FOTO 

Hazırda oxunan: Ağdaşdakı ağır qəzanın səbəbi məlum oldu – TƏFƏRRÜAT/FOTO 

174697

Ötən gecə Ağdaş şəhərində baş vermiş ağır yol qəzasının təfərrüatı məlum olub. 

Bizim.Media “qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı hadisəyə 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlunun idarə etdiyi “VAZ” markalı avtomobillə səbəb olduğu müəyyənləşib. 

Belə ki, onun sürdüyü avtomobil saat 22 radələrində Ağdaş şəhərinin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkətdə olarkən qarşı hərəkət istiqamətinə çıxıb. Nəticədə avtomobil Kamran İsmayılovun öz yolu ilə sürdüyü “Honda” markalı avtomobillə toqquşub. 
Hadisə nəticəsində “VAZ”ın sürücüsü, İ.Məmmədov aldığı xəsarətlərdən vəfat edib. Onun avtomobilində olan 1994-cü il təvəllüdlü Münasib Qasımov, 2000-ci il təvəllüdlü Rahib Qasımov və 2000-ci il təvəllüdlü Təbriz Qasımov isə ağır xəsarətlər alıb. 

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik: 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO