Şabranda əməliyyat: 2 nəfər TUTULDU - FOTO

Şabranda əməliyyat: 2 nəfər TUTULDU - FOTO

Hazırda oxunan: Şabranda əməliyyat: 2 nəfər TUTULDU - FOTO

174679

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli bilinən rayon sakinləri Səxavət Həsənov və Şakir Şahbazov saxlanılıblar. 

Həmin şəxslərin üzərilərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və metadon, eləcə də narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO