Sabunçu dəmir yolu stansiyasında silahlı şəxs SAXLANILDI – FOTO/VİDEO

Sabunçu dəmir yolu stansiyasında silahlı şəxs SAXLANILDI – FOTO/VİDEO

Hazırda oxunan: Sabunçu dəmir yolu stansiyasında silahlı şəxs SAXLANILDI – FOTO/VİDEO

174600

Sabunçu dəmir yolu stansiyasında üzərində silah və narkotik maddə olan şəxs tutulub. 

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu dəmir yolu vağzalının ərazisində 2002-ci il təvəllüdlu Vüsal Nəcəfəliyev saxlanılıb.

Onun əlindəki çantaya baxış keçirilərkən 1 kiloqram 125 qram narkotik vasitə marixuana, 1 ədəd “Browling” markalı tapança və 40 ədəd patron aşkar edilərək götürülüb. V.Nəcəfəliyev odlu silahı və narkotiki satış məqsədi ilə əldə etdiyini bildirib. 
Faktla bağlı V. Nəcəfəliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO