Bakıda qrup halında narkotik qəbul edilən ev aşkarlandı: 5 nəfər tutuldu – FOTO/VİDEO  

Bakıda qrup halında narkotik qəbul edilən ev aşkarlandı: 5 nəfər tutuldu – FOTO/VİDEO  

Hazırda oxunan: Bakıda qrup halında narkotik qəbul edilən ev aşkarlandı: 5 nəfər tutuldu – FOTO/VİDEO  

174577

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Hövsan qəsəbəsində narkotik vasitələrin qrup halında qəbul edildiyi məkan aşkar edilib. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Malik Dadaşov, həmin ünvanda narkotik vasitələr qəbul edən Turan İbrahimov, Anar İlyasov və daha iki qadın saxlanılıb. 

Evə baxış zamanı müxtəlif növ narkotik maddələr və onların prekursorları aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO