Bakıda avtomobil bir neçə gündür ki, hərəkətin intensiv olduğu küçədə yolun hərəkət hissəsində qalıb.
Bizim.Media xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu, Süleyman Əhmədov küçəsindən gedir.
Maşının nasaz olaraq orda qaldığı ehtimal edilir. Nəqliyyat vasitəsi sözügedən ərazidən götürülmür. Nəticədə avtomobillərin hərəkəti üçün çətinliklər yaranır .Xüsusilə geriyə dönmə manevri edən sürücülər problemlə üzləşirlər.
Sürücülər deyirlər ki, avtomobilin yolda qalması görmə məsafəsini məhdudlaşdırır. Bu isə qəza şəraitinin yaranmasına səbəb olur.
Nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev deyir ki, hansısa səbəbə görə yolun kənarında qalan avtomobil digər nəqliyyat vasitələrinin hərəkətinə mane olduğu üçün qısa müddətdən sonra oradan kənarlaşdırılmalıdır.
Məsələ ilə bağlı Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirdi ki, qeyd edilən ərazidə nizamlama vasitələrində nəqliyyat vasitəsinin dayanma və ya durması üçün hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, bu hal inzibati məsuliyyət yaratmır.
T.Nəsirli əlavə etdi ki, avtomobilin sahibi ilə əlaqə saxlanıb və nəqliyyat vasitəsi ərazidən evakuasiya edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
- A-
- A
- A+
Cəmiyyət
23:55 / 20.01.2024
Bakıda avtomobil bir neçə gün yolun hərəkət hissəsində qalıb - VİDEO
Hazırda oxunan: Bakıda avtomobil bir neçə gün yolun hərəkət hissəsində qalıb - VİDEO
Hazırda oxunan: Bakıda avtomobil bir neçə gün yolun hərəkət hissəsində qalıb - VİDEO
174390
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.