Sosial şəbəkələrdə yarasız vəziyyətədə çağırışlara gedən təcili tibbi yardım maşınının görüntüləri yayılıb.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, 44-AC-447 dövlət nömrə nişanlı təcili yardım avtomobilinin bu vəziyyətdə istifadə olunması vətəndaşlar arasında narazılığa səbəb olub.
Onlar iddia edirlər ki, avtomobilin nə işıqları yanır, nə də qapıları bağlanmır. Təcili yardım avtomobilinin Masallı rayonuna aid olduğu iddia olunur.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yayılan videogörüntülər araşdırılıb:
“Sözügedən nəqliyyat vasitəsinin istismar müddəti bitdiyinə görə, uzun müddətdir ki, xidmətdən kənarlaşdırılıb. Çəkiliş aparılmış nəqliyyat vasitəsi artıq xidməti avtomobil deyil”.
Masallı Rayon Mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsindən isə bildirildi ki, sözü gedən videogörüntü çoxdan lentə alınıb.
- A-
- A
- A+
Cəmiyyət
20:50 / 20.01.2024
Yararsız vəziyyətdə olan təcili yardım avtomobili ilə bağlı AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Yararsız vəziyyətdə olan təcili yardım avtomobili ilə bağlı AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Yararsız vəziyyətdə olan təcili yardım avtomobili ilə bağlı AÇIQLAMA - VİDEO
174365
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.