Düşmənin saxta xəbərlərinin qarşısı alınacaq

Düşmənin saxta xəbərlərinin qarşısı alınacaq

Hazırda oxunan: Düşmənin saxta xəbərlərinin qarşısı alınacaq

1743

Düşmənin saxta informasiya hücumlarının qarşısını almaq üçün yeni sayt yaradılıb.

Son vaxtlar əhali arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə düşmən, internet resurslarında və sosial şəbəkələrdə azərbaycanlı adlardan, hətta “şəhid anası”, “səhid həyat yoldaşı” kimi çox həssas ifadələrdən istifadə edib saxta səhifələr yaradaraq təxribat xarakterli məlumatlar paylaşır.

Azərbaycanlı kibertəhlükəsizlik mütəxəssisləri tərəfindən bu cür halların qarşısının alınması üçün vətəndaş məsuliyyətinin və milli birliyin vacibliyini önə çəkərək kütləvi şikayətin təmin olunması məqsədilə www.fake.az internet saytı yaradılmışdır. Saytın aşağıdakı funksional imkanları mövcuddur: 



- qeydiyyatsız sayta daxil olmaq və şikayət olunan hesabların linkini bazaya əlavə etmək; 

- bazaya daxil edilmiş linklər vasitəsilə aidiyyəti üzrə facebook, telegram, apple,google və s. şikayət etmək; 

- bazaya daxil edilmiş şikayətlərin səbələri ilə tanış olmaq; 

- sayta daxil edilən şikayətlər aidiyyəti mütəxəssislər tərəfindən rəy verildikdən sonra dərc olunur;
 
- fake.az layihəsində “Etibarlı istifadəçi” statusu yaradılıb. Bu statusu əldə edən istifadəçinin şikayətləri rəydən keçmədən dərhal saytda dərc olunur.

Bununla yanaşı, Telegram mobil tətbiqində @FakeazBot-dan istifadə edərək şikayət olunan hesabların linkini bazaya daxil etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO