Polis Şirvanda əməliyyat KEÇİRDİ: Tutulan var – FOTO  

Polis Şirvanda əməliyyat KEÇİRDİ: Tutulan var – FOTO  

Hazırda oxunan: Polis Şirvanda əməliyyat KEÇİRDİ: Tutulan var – FOTO  

174269

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namin Rzayev saxlanılıb. 

Onun yaşadığı ünvana keçirilən baxış zamanı satış məqsədilə sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana, narkotik tərkibli həblər və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb. 
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO